İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr (2010-2012-ci il təvəllüdlülər) arasında muxtar respublika birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Güləş Federasiya tərəfindən birgə təşkil olunan yarışda 93 idmançı iştirak edib.
Nəticələrə əsasən Cahangir Əhmədov, Coşqun İbrahimli, Lətif Məmmədov, Elxan Muradov, Ramal Rüstəmov, Əli Mirzəli, Səfər Muradov, Eltun Abuzərli, Mətin Cabbarlı, Vüsal Süleymanlı, Əli Rzazadə müvafiq çəki dərəcələrində birinci olublar.
İlk üç yerin sahiblərinə diplom və medallarla mükafatlandırılıb. Mükafatları federasiyasının sədri Faiq İsgəndərovla, nazirliyin şöbə müdiri Taleh İbrahimov təqdim ediblər.